Əli Həsənovdan seçki açıqlaması
08:01 11-07-2013
CƏMİYYƏT
Əli Həsənovdan seçki açıqlaması
Hakimiyyət səs-küylü kompaniya təşkil etmək niyyətində deyil
“Azərbaycan Prezidenti İlham Əliyevin siyasəti sözün həqiqi mənasında milli əhval-ruhiyyə, milli ehtiyaclar və milli maraqlar üzərində qurulub”.Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.
Ə. Həsənov İlham Əliyevə opponentlik edənlər barədə də danışıb: “İlham Əliyevə opponentlik edən insanlara baxın. Görün, onlar haradan dəstək axtarırlar. Biri deyir, “Hələ mən dəstək üçün xarici ölkələrin hamısından razılıq almamışam. Razılıq alım, Azərbaycan ötüşər, seçici ötüşər. Razılıq alım, gələrəm. Əsas odur ki, bu ölkələrin razılığını alım, gəlim, prezident olum”. Görün, Azərbaycan prezidentliyinə dəstəyi, dayağı harada axtarırlar?”PA rəsmisi deyib ki, Azərbaycan prezidenti İlham Əliyev seçki kampaniyası aparmır və aparmayacaq: “Ona görə ki, onun seçki kampaniyası aparmağa ehtiyacı yoxdur. O seçkilərin sabahını yox, nəsillərin sabahını düşünür. Onun gördüyü işlər, elə onun kampaniyasıdır. Azərbaycan gəncliyinin elitası, avanqardı, ən şüurlu hissəsi İlham Əliyevin namizədliyini dəstəkləyirsə, deməli, onun yürütdüyü siyasət doğrudur”. Beləliklə Əli Həsənovun verdiyi açıqlamalardan bir neçə maraqlı detal çıxartmaq olar. İlk növbədə aydın olan budur ki, hakimiyyət müxalifətin beynəlxalq güclərlə apardığı gizli iş birliklərindən məlumatlıdır və prosesləri nəzarətdə saxlaya bilirlər. Görünür bunun nəticəsidir ki, Rüstəm İbrahimbəyovun etdiyi cəhdlər hələ ki, uğursuzluqla nəticələnir. Hətta bunu Rüstəm İbrahimbəyovun özüdə etiraf edərək bildirmişdi ki, danışıqlar apardığı ölkələrdə bildirirlər ki, ona bir başa dəstək verməyəcəklər. Uzağı proseslərdə neytral qalacaqlar. Əli Həsənovun açıqlamasında ikinci maraqlı məqam seçki kompaniyası ilə bağlıdır. Xatırladaq ki, seçkilərə 3 ay qalsada ölkədə hər hansı bir təbliğat, təşviqat kompaniyası gözə dəymir. Müxalifət seçki kompaniyasına ona görə başlaya bilmir ki, bir tərəfdən Milli Şura yaradıldı və bu günə qədər qurumun təşkilatlanmasını həyata keçirə bilmirlər. Digər tərəfdən Rüstəm İbrahimbəyov vahid namizəd elan edilsədə aydın olur ki, ciddi problemlər yaranıb. Hətta onun namizəd ola bilməsi də şübhə altındadır. Buna görə də müxalifətin seçki taktikası tam iflas halındadır və belə olan halda seçki kompaniyasına başlamaq mümkünsüzləşir. Amma Müsavat partiyası hazırda çalışır ki, İsa Qəmbərin seçki qərargahı çərçivəsində İsa Qəmbərin seçki kompaniyasını təşkil etsinlər. Bununla bağlı dəfələrlə cəhdlər edilib, İsa Qəmbərlə görüşlər keçirilib. Amma bunlar kütləviləşmədiyindən kompaniya şəkilinə düşməyib. Və bu işdə müxalifətə ən böyük maneə də elə müxalifətin öz daxilindən gəlib. Hakimiyyətə gəldikdə isə Əli Həsənovun çıxışından aydın oldu ki, hakimiyyət elə də ajiotajlı seçki kompaniyası aparmaq niyyətində deyil və bunu hakimiyyətin seçki taktikası kimi dəyərləndirmək lazım gələr. Çünki kifayət qədər resurslara malik olan YAP bir ayın içində belə 6 aylıq seçki təbliğat işi həcmində iş görə bilər. Bununla da aydın olur ki, cəmiyyətdə ki, passivlik hansısa problemdən qaynaqlanmayıbmış. Bu sadəcə olaraq düşünülmüş siyasi gedişin tərkib hissəsidir.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22