2025-ci il fevralın 4-dən aprelin 18-dək Ermənistanda ehtiyatda olan hərbçilərin təlim-məşq toplanışlarının keçirilməsi planlaşdırılır.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi tərəfindən layihə qəbul olunub.
Layihənin qəbulu ehtiyatda olan rütbəli zabitlərin və birinci qrup ehtiyatda olan zabitlərin hərbi vərdişlərinin təkmilləşdirilməsi, təlim-tərbiyə və hazırlıq səviyyəsinin artırılması, zərurət yarandıqda ehtiyatda olan zabitlərin döyüş növbətçiliyinə cəlb edilməsi zərurətindən irəli gəlir.
Ağarza Elçinoğlu