Ermənistanın baş naziri Nikol Paşinyan bir sıra məmurlara vatsap vasitəsilə yazılı mesajlar şəklində vəzifələrindən istefa vermək təklifləri göndərdiyini etiraf edib.

"Unikal" xəbər verir ki, o bu barədə Ermənistanın İctimai Televiziyasına müsahibəsində bildirib.

“Bazar günü - bəli, axşam saatlarında - yazılı şəkildə istefa etmələri ilə bağlı mesaj göndərdim. Yazılı mesj daha səmərəlidir və daha az uyğunsuzluq olur".