Ağstafada avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
"Unikal"ın məlumatına görə həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, 65 yaxşlı R.Qəhramanovanın həyatını xilas etmək mümkün olmayıb.
*** 21:15
Ağstafada piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
"Unikal"ın məlumatına görə, hadisə Ağstafa şəhərin mərkəzində qeydə alınıb. Belə ki, hərəkətdə olan avtomobil yolu keçmək istəyən 65 yaşlı Rahilə Qəhrəmanovanı vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov