Çin Müdafiə Nazirliyinin rəhbəri Donq Jun korrupsiyada şübhəli bilinir.
"Unikal" xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazır.
Nəşrin həmsöhbətləri qeyd edirlər ki, ölkə lideri Si Cinpin Çin Xalq Azadlıq Ordusunun rəhbərliyinə qarşı silsilə araşdırmalara başlayıb. Qəzetin yazdığına görə, bu, Çinin ardıcıl üçüncü müdafiə naziridir ki, korrupsiya işi ilə məşğul olur.
Bununla belə, nəşrdə nazirə qarşı hansı korrupsiya ittihamı irəli sürüldüyü göstərilmir. Çin də istintaqı rəsmi olaraq təsdiqləməyib.
Gülayə Mecid