"Bütün oyunlar İsa Qəmbərin namizədliyinin pozulmasına yönəlib"
20:54 12-07-2013
CƏMİYYƏT
"Bütün oyunlar İsa
Qəmbərin namizədliyinin pozulmasına yönəlib"
Cümşüd Nuriyev: "Eldar Namazovun da kimlərdən tapşırıq aldığı məlum məsələdir"
""Ya İbrahimbəyov, ya boykot" fikrinin irəli sürülməsi siyasi savadsızlıqdır. Çünki Rüstəm İbrahimbəyovun qeydiyyata alınması məsələsi çox ciddi problemdir. Azərbaycan Konstitusiyasının 100-cü maddəsinə görə bu adamın seçkilərdə iştirak etməsi üçün hüquqi vəziyyəti rejissorun xeyrinə deyil. Digər tərəfdən o, Azərbaycan mentalitetinə uyğun gəlmir".
Politoloq Cümşüd Nuriyev açıqlamasında belə deyib. C.Nuriyevin sözlərinə görə, rejissorun xanımının mətbuata müsahibəsindən sonra məlum oldu ki, R.İbrahimbəyov ailəsində də qeyri-ciddi insandır. Onun öz həyat yoldaşı ilə qeyri-qanuni nikahda yaşaması Azərbaycan ənənələrinə uyğun gəlmir. Politoloq qeyd etdi ki, bu adam psixoloji məsələlərdə də siyasətə hazır deyil. Bir tərəfdən o deyir ki, Qarabağ Azərbaycan ərazisi kimi göstərilsə də, ora, həmçinin ermənilərindir. Rejissorun fikirlərində də aydınlıq yoxdur, çaşqınlıq içərisindədir:
"Gah deyir ki, "KXCP və Müsavat məndən qabaq namizədlərini irəli sürüblər, bunu qəbul edirəm". Sonra da fikrini dəyişib deyir ki, "Yox ola bilməz, Milli Şuranın vahid namizədi olmalıdır". İbrahimbəyovu Eldar Namazov idarə edir. Əslində Namazovun xüsusi planları əsasında baş verən proseslərin hamısı İsa Qəmbərin namzədliyinin qarşısını almağa xidmət edir. Məsələdə müəyyən qüvvələrin də əli var. Çünki bütün hallarda Eldar Namazov çalışır ki, İsa Qəmbər namizəd kimi qeydiyyata alınmasın. Əli Kərimli də Müsavat başqanına qarşı siyasi qısqanclıq edir. Sülhəddin Əkbər məlumdur ki, niyə Müsavat Partiyasını tərk edib. ACP sədri də müəyyən qüvvələrdən tapşırıq alandan sonra bu cür addımı atdı. Eldar Namazovun da kimlərdən tapşırıq aldığı məlum məsələdir. "Rüstəm İbrahimbəyov kartı" müəyyən qüvvələrin ssenarisidir. Müxaliflər o qədər kor olublar ki, kimin çaldığı havaya oynaqdıqlarını görə bilmirlər. Onsuz da, Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmayacaq. Eldar Namazov qarşısına qoyulan tapşırıqdır ki, "İbrahimbəyovdan başqa adamın namizədliyi qeydə alınmasın".
Müəyyən qüvvələr tərəfindən Milli Şuraya göndərilən "desantlar" çalışırlar ki, İsa Qəmbəri oyundan uzaqlaşdırsınlar. Rüstəm İbrahimbəyov cənab prezidentin yox, başqa bir namizədin alternativi olsa belə, S.Novruzov böyük fərqlə rejissoru udacaq. Amma İbrahimbəyovun namizədliyi qeydə alınsa belə, seçkilərdə İlham Əliyev onun üzərində 75%-in üstündə səs toplayacaq. Həmin qüvvələr bunu açıq şəkildə görür və bilir ki, İbrahimbəyovun namizədliyinin qeydə alınması mümkünsüzdür. Hələlik İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxması ilə bağlı Vladimir Putin fərman verməyib. Rejissorun özü də etiraf edir ki, ABŞ-da onun "Yaşıl kart"ı var. Əgər onun bu cür kartı varsa, demək ki, İbrahimbəyovun ABŞ dövləti qarşısında vergi öhdəliyi var. Amerika da elə ciddi dövlətdir ki, oradan vergiyə görə qaçmaq mümkün deyil. Bu amilləri çox gözəl bildiklərindən çalışırlar ki, indidən İsa Qəmbəri oyundan çıxarsınlar. Bu, "Ayının bir armudun üstündəki min bir oyunu"na oxşayır. Son zamanlarda sərgilənən bütün oyunlar da İsa Qəmbərin namzədliyinin pozulmasına yönəlib".
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33