Rəsul Quliyevlə Mirmahmud Mirəlioğlundan yeni addım
20:55 12-07-2013
CƏMİYYƏT
Rəsul Quliyevlə Mirmahmud Mirəlioğlundan yeni addım
Rüstəm İbrahimbəyova inam qalmayıb
Milli Şurada baş verən proseslərdən deyəsən ilk nəticə çıxaran ACP lideri Rəsul Quliyevlə, KAXCP sədri Mirmahmud Mirəlioğlu oldu. Belə ki, Milli Şura vahid namizəd müəyyənləşdirəndən sonra aydın oldu ki, İsa Qəmbər, Rüstəm İbrahimbəyov Bakıya gələnə qədər və namizədliyi qeydə alınana kimi namizəd olaraq qalacaq.
Çünki hazırda aydın olur ki, ümumiyyətlə Rüstəm İbrahimbəyovun namizəd olmasını əngəlləyən ciddi, hüquqi əsaslar var. Ən azından Rüstəm İbrahimbəyov indinin özündə də Rusiya vətəndaşıdır və konstitusiyaya görə belə şəxs namizəd ola bilməz. Bunu dəyərləndirən Milli Şuranın bəzi üzvləri daha maraqlı addımı atdı. Belə ki, Azərbaycan Milli İstiqlal Partiyası (AMİP), Açıq Cəmiyyət Patiyası (ACP), Böyük Azərbaycan Partiyası (BAP) , İslam Demokrat Partiyası (İDP), Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) , Liberal Partiya (LP) , Xalq Azadlıq Partiyası (XAP) yeni Demokratik Qüvvələr Birliyinin (DQB) yaranmasını elan edərək onun əsasnaməsini qəbul ediblər. DQB-yə daxil olan partiyalar bu birliyin yaradılması ilə öncədən olan kövrək əməkdaşlıqdan yeni mərhələyə - daha dərin inteqrasiyaya qədəm qoymasını bəyan ediblər: "Həmçinin Birlik Azərbaycanda demokratik seçki mühitinin yaradılmasına və ölkədə mövcud olan avtoritar rejimdən demokratik siyasi sistemə seçki yolu ilə dinc keçidə nail olmaq uğrunda mübarizə aparan, siyasi partiyaları birləşdirən qurumdur. Birlik Azərbaycan Respublikasının konstitusiyası və qanunvericiliyi çərçivəsində fəaliyyət göstərir, demokratik mübarizə üsullarından istifadə edir. Birliyin fəaliyyətinin əsas istiqamətləri: Birliyin məqsədlərinə uyğun üzvlərin birgə fəaliyyətini təmin etmək; qarşıya qoyulan əsas məqsədə nail olmaq üçün, o cümlədən seçki qanunvericiliyinin təkmilləşdirilməsinə, siyasi fəaliyyət, ifadə azadlığı və sərbəst toplaşmaq azadlıqlarının real təmin olunmasına yönəlik təkliflər və layihələr hazırlayıb ictimai müzakirəyə çıxarmaq və onları aid olduğu dövlət orqanlarına təqdim etmək; ölkədaxili və beynəlxalq aktual problemlərin birgə müzakirəsini təşkil etmək, üzv olan siyasi partiyaların həmin problemlərə və onların aradan qaldırılmasına dair ortaq mövqeyini formalaşdırmaq. Birliyə daxil olan partiyalar indidən bəyan edir ki, Birlik hər hansı digər birliyə və ya siyasi quruma qarşı deyil, əksinə öz əsasnaməsi ilə müəyyən edilmiş məqsəd və fəaliyyət istiqamətləri çərçivəsində digər ictimai və siyasi qüvvələrlə əməkdaşlıq edir və bunu vacib hesab edir".
Ekspertlər hesab edir ki, artıq bu qurumu həm də Milli Şuraya alternativ qüvvə kimi görmək olar. Nəyə görə? Hazırda əsasən Rusiyaya bağlı olan və Milli Şurada təmsil olunan qüvvələr, həmçinin AXCP rəhbərliyi hesab edir ki, bütün problemlərə baxmayaraq hamı namizədliyini geri götürüb yalnız Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləməlidir. Hətta namizədliyi qeydə alınmazsa onda baykot olunmalıdır. Amma Müsavat qəti şəkildə bunun əleyhinədir və bildirilir ki, belə hal olarsa baykot yolu seçilməyəcək və İsa Qəmbər namizəd olacaq. Görünür bunu nəzərə alan Rəsul Quliyevlə, Mirmahmud Mirəli oğluda indidən alternativ yolu müəyyənləşdirib belə bir təşkilat yaratdılar.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22