Suriyada Bəşər Əsəd rejiminə qarşı əməliyyata başlayan müxaliflər ələ keçirdikləri Hələbdəki prezident iqamətgahına daxil olub.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, müxaliflər tamamilə boş olan evin yataq otağına qədər gediblər.

Qeyd edək ki, Suriyada silahlı müxalifətin Bəşər Əsəd rejiminə qarşı başlatdığı əməliyyatda rejim ordusu ağır itki verib. Müxalifət Hələb və İdlib kimi böyük şəhərləri qısa müddətdə ələ keçirərkən, rejim bütün silahlarını itirdikləri yerlərdə qoyaraq geri çəkilməli olub.

Bütün bunlar baş verdiyi müddətdə Bəşər Əsədin harada olduğu hələ də bəlli deyil. Əsədin Moskvaya qaçdığı iddia edilir.