ABŞ-nin yeni prezidenti Donald Tramp kiçik qızı Tiffaninin qayınatası, Livan əsilli amerikalı biznesmen Massad Bulosu Yaxın Şərq üzrə baş məsləhətçi vəzifəsinə təyin edib.
"Unikal" xəbər verir ki, bu barədə Tramp özünün "Truth" sosial şəbəkəsində yazıb.
Trampın seçki kampaniyası zamanı sahibkar dəfələrlə ərəb ölkələrinə səfər edib və müsəlman liderləri ilə görüşüb. Bulosun Livanda, eləcə də şiə yaraqlı Hizbullah qrupu ilə əlaqələri var: atası və babası Livanın tanınmış siyasi xadimləri olub, qayınatası isə Hizbullaha bağlı xristian partiyası olan Azad Vətənpərvərlik Hərəkatına sponsorluq edib.
Bundan əvvəl Tramp ABŞ-nin Fransadakı səfiri vəzifəsinə qızı İvankanın qayınatası Çarlz Kuşnerin namizədliyini irəli sürüb.Kuşnerin hazırda 70 yaşı var. 2005-ci ildə Kuşner vergidən yayındığına görə iki il həbs cəzası alıb. İlk müddətinin sonunda Tramp keçmiş cinayətlərə görə onu əfv edib.