Daha iki məmur arasında soyuqluq
20:56 12-07-2013
CƏMİYYƏT
Daha iki məmur arasında soyuqluq
Əsgər ölümlərinə görə cavabdehlik kimin üzərinə düşür?
Azərbaycan cəmiyyətini narahat edən məsələlərdən biri də orduda əsgər ölümlərinin artması ilə bağlıdır. Xüsusilə sağlamlığında problem olan çağırışçıların hərbi xidmətə cəlb edilməsi hallarının davam etməsi narazılıq doğurur. Burada isə daha çox Arzu Rəhimovun rəhbərlik etdiyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti cavabdeh sayılır.
Amma tanınmış hərbi ekspertlərdən biri bu məsələdə fərqli mövqe sərgiləyir. Silahlı Qüvvələrin Veteranları" İctimai Birliyinin sədri, ehtiyyatda olan polkovnik-leytenant, hərbi ekspert Daşdəmir Əliyevin fikrincə, sağlamlığında problem olan gənclərin ordu sıralarına aparılmasında əsas günahkar heç də , Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti deyil. "Xəstə gənclərin həqiqi hərbi xidmətə çağrılması hal-hazırda xidmət edən zabitlərin fəaliyyətində yersiz problemlərin yaranmasına səbəb olur ki, bu da əsas hədəfimiz olan döyüş hazırlığının yüksək vəziyyətdə saxlanılmasına əngəllər yaradır" deyən ehtiyyatda olan
polkovnik-leytenantın sözlərinə görə, belə bir vəziyyətin yaranmasında bir başa cavabdeh Səhiyyə Nazirliyidir: "Nəzərinizə çatdırım ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ştat vəzifə cədvəlində heç bir həkim və həkim komisiyası mövcud deyil. Sadəcə olaraq ölkə başçısının fərmanına uyğun olaraq, həqiqi hərbi xidmətə çağırış dövründə SHXÇDX Səhiyyə Nazirliyinə çağırışçıların həkim müayinəsinin təşkili üçün sifariş ünvanlayır. Bu sifarişə əsasən Səhiyyə Nazirliyi ərazi üzrə tibb müəsisələrindən SHXÇDX-nin tələbinə uyğun olaraq tibb mütəxəssislərini rayonlar üzrə çağırış kommisiyalarının tərkibinə ezam edirlər. Həmin tibb personalının vəzifələri hərbi xidmətə çağrılacaq gəncləri tibbi müayinədən keçirərək, gənclərin sağlamlığının yararlılıq dərəcəsini müəyyən etmək və ya sağlamlığında qüsurları olan çağırışçıların müalicəsi üçün möhlət hüqüqunun verilməsi və hərbi xidmətə yararsız olanların tibbi şəhadətləndirilməsidən ibarətdir. Bu halda SHXÇDX-in vəzifəsi sadəcə ondan ibarətdir ki, Azərbaycanın rayonları üzrə həkim kommisiyasından keçərək sağlam müəyyan edilmiş çağırışçıların siyahısını müəyyən edilmiş müddətlərdə Nazirlər Kabinetinin müvafiq kommisiyasına təqdim etsin və Nazirlər Kabinetinin müvafiq bölgüsünə əsasən çağırışçıların hərbi xidmət yerlərinə çatdırılmasını təmin etsin. Çağırışçı gənclərin bu və ya digər güc strukturlarına xəstə vəziyyətdə çağrılmasında məsuliyyət Səhiyyə Nazirliyi tərəfindən müvafiq rayon çağırış kommisiyalarına yönəldilmiş həkimlərin üzərinə düşür. Bu da Cəmiyyətdə haqlı olaraq əks-səda doğuran yersiz əsgər ölümlərinə səbəb olur. Eyni zamanda bu problem
hərbi hissələrdə hal-hazırda xidmət edən zabitlərin fəaliyyətində problemlərin yaranmasına səbəb olur ki, bu da əsas hədəfimiz olan döyüş hazırlığının yüksək vəziyyətdə saxlanılmasına əngəllər yaradır".
Qeyd edək ki, İyulun 1-dən başlayaraq hərbi çağırışa start verilib və artıq 10 gündür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbələrindən gənc əsgərlər hərbi xidmətə yola salınır. Lakin bu 10 gün ərzində 34 hərbi çağırışçı vərəm diaqnozuna görə, 64 gənc əsgər isə başqa xəstəliklərə görə geri qaytarılıb.
Bizdəki məlumata görə, xəstə gənclərin orduya aparılması və onların qısa müddətdən sonra dünyasını dəyişməsi halları Müdafiə Nazirliyinin rəhbərliyi ilə Arzu Rəhimovun rəhbərlik etdiyi dövlət xidməti arasında da mübahisə mövzusuna çevrilib. Hətta bir müddət əvvəl mətbuatda yayılan məlumatlarda belə iddia olunurdu ki, Səfər Əbiyev orduya xəstə gənclərin aparılmasını məqsədli hesab edir və bunu hakimiyyət daxilindəki rəqiblərindən şübhələnir. Bildirilirdi ki, Müdafiə Nazirliyinin rəhbəri hesab edir ki, sağlamlığında ciddi problemləri olan, psixoloji cəhətdən qeyri-sağlam, həssas çağırışçıların sağlam kimi hərbi xidmətə aparılması ilə ordudakı itkilərin artmasına nail olmaq, bunu isə müdafiə naziri əleyhinə kompromata çevirmək istəyən qüvvələr var.
Belədə isə yenə diqqət Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yönəlmişdi. Bir sözlə, Müdafiə Nazirliyinin xəstə gənclərin hərbi xidmətə aparılmasına görə qınadığı adıçəkilən xidmətin rəhbərliyi bu ittihamı qəbul etməyib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi bu məsələdə əsas məsuliyyəti Səhiyyə Nazirliyinin üzərinə atıb. Elə bu səbəbdən də xidmət rəisi ilə səhiyyə naziri Oqtay Şirəliyevin arasının sərinlədiyi deyilir.
Çünki Səhiyyə Nazirliyi xəstə gənclərin ordu sıralarına cəlb edilməsində əsas cavabdeh olduğuna dair iddiaları heç cür qəbul etmir. Nazirlik hesab edir ki, buna görə məsuliyyətin onların üzərinə atılması tamamilə yanlışdır.
Yaranmış situasiyada isə sözügedən nazirliklə adıçəkilən dövlət xidmətinin rəhbərlikləri qarşı-qarşıya gəlirlər. Elə bu da onlar arasında soyuq küləklərin əsməsi ilə nəticələnib.
Günel Əkbər
Digər Xəbərlər
2024-12-25 13:52:53
2024-12-25 13:47:48
2024-12-25 13:37:39
2024-12-25 13:18:58
2024-12-25 13:17:41
2024-12-25 13:04:06
2024-12-25 13:00:57
2024-12-25 12:57:55
2024-12-25 12:50:14
2024-12-25 12:45:56
2024-12-25 12:45:00
2024-12-25 12:44:00
2024-12-25 12:30:42
2024-12-25 12:30:00
2024-12-25 12:29:47
2024-12-25 12:18:53
2024-12-25 12:15:02
2024-12-25 12:14:00