ABŞ-nin birinci xanımı Cil B. ABŞ prezidenti Co Baydeni oğulları Hunteri əfv etməkdə israr edib. 

"Unikal" xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb. 

Qeyd edilir ki, Bayden oğlunu əfv etməkdən "əmin deyildi", lakin həlledici amil həyat yoldaşının istəyi olub.

"Son həftələrdə bizə dedilər ki, birinci xanım Cil Bayden bu məsələdə prezidenti çox dəstəkləyir" - deyə KİV qeyd edib. 

Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Cozef Bayden silah alışı məsələsində təqsirli bilinən və dekabrda həbsi nəzərdə tutulan oğlu Hanter Baydeni əfv edib.

Gülayə Mecid