Cənubi Koreya prezidenti Yun Sok-Yol respublika parlamentinə müraciət edərək dövlətin normal fəaliyyətinə müdaxiləni dərhal dayandırmağa çağırıb.

"Unikal" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

"Parlamentdən xahiş edirəm ki, davamlı impiçmentlər, qanunvericilik manipulyasiyası, büdcə manipulyasiyası yolu ilə dövlətin fəaliyyətini iflic edən məsuliyyətsiz hərəkətləri dərhal dayandırsın", - Cənubi Koreya lideri bildirib.