Həbsdə olan sabiq deputat Hüseyn Abdullayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

"Unikal" xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

İlk olaraq hakim Azər Tağıyev həkim Adil Qeybulla tərəfindən məhkəməyə sorğunun daxil olduğunu bildirdi. Sorğuda göstərilib ki, Hüseynin təkrar müayinəsinə  ehtiyac var. 

Sonra Hüseyn Abdullayevin vəkili Günay İsmayılova vəsatət verərək göstərdi ki, hakimin 15 oktyabr qərarını Ədliyyə Nazirliyi Tibb Bas İdarəsi icra etmir. Hüseyn Abdullayevin Müalicə Müəssisəsində yeganə qan müayinəsi aparılıb. 

Dövlət ittihamçısı Rauf Malışov vəkilin vəsatətinin qəbul olunmasına etiraz etmədi. Hakim Adil Qeybullanın Bakı İstintaq Təcridxanasına buraxılaraq Hüseyn Abdullayevin müalicə etməsi ilə bağlı qərar qəbul etdi. 

2-ci vəsatətində isə Hüseyn Abdullayevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verdi: "Qısa müddətdə çəki itirir, ölümcül haldadır. Ev dustağlığına buraxılarsa yaşayır yeri var, məhkəmədən yayınan deyil".

Dövlər ittihamçısı Rauf Malışov çıxış edib. Prokuror onun 10 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

Qeyd edək ki, Hüseyn Abdullayev 2018-ci ildə həbs edilib.

O, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluqda ittiham edilərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.