“Milan”ın baş məşqçisi Paulo Fonseka İtaliya çempionatının 15-ci turunda “Atalanta” ilə oyunda hakimləri tənqid edib.

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

"Mən həmişə hakimlik haqqında susuram, başqaları danışır. Amma bu gün susmaqdan yorulmuşam. İlk qol açıq-aşkar qayda pozuntusu ilə vuruldu və buna heç bir şübhə yoxdur. Bu matçda hakim "Milan"a qarşı yönəldilib.

Bütün bunlar bir günün işi deyil. Başa düşürəm ki, hakimlik asan iş deyil, amma eyni klublar üçün eyni qərarların verilməsini görməkdən bezmişəm. Başqa klublara gəlincə, onların heç bir şübhəsi yoxdur, amma “Milan”a qarşı həmişə belə davranırlar.

Mən həqiqəti söyləməkdən qorxmuram. Həmişə hakimlərin işinə hörmətlə yanaşmışam, amma hər həftə eynidir. İcazə verilməməli olan qola görə uduzmağa başladıq", - deyə o qeyd edib. 

Ağarza Elçinoğlu