Əli Əhmədovdan son söz
21:07 14-07-2013
CƏMİYYƏT
Əli Əhmədovdan son söz
"Prezident kürsüsündə İlham Əliyevi görsünlər"
Yeni Azərbaycan Partiyası artıq tam gücü ilə prezident seçkilərinə hazırlığa başlayıb. Artıq əksər rayonlarda seçki toplantıları keçirilir və seçkiyə hazırlıq təşkil olunmağa başlayıb. Uzun müddət hakimiyyətin namizəd müəyyənləşdirə bilməməsi, İlham Əliyevlə yanaşı başqa bir namizədində irəli sürüləcəyi ilə bağlı fikirlər səslənsədə son günlər aparılan işlər yeni mənzərə ortaya çıxarır.
Mənzərə isə budur ki, İlham Əliyevin nəinki namizədliyi,hətta qalib gəlməsi üçün YAP tam fəaliyyətdədir. Çox maraqlıdır ki, bu dəfə seçki kompaniyasıda fərqli şəkildə aparılır. Belə ki, 500 mindən çox üzvü olan YAP elə seçki prosesini hələ ki, öz auditoriyasında davam etdirir. Bu günlərdə açıqlama verən Prezident Admnistrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbə müdri Əli Həsənov bildirmişdi ki, bu seçkilərdə seçki kompaniyası aparmadan belə qələbəni təmin edəcəyik. Və indi baş verənlərdə bunu təsdiq edir. Elə Əli Əhmədovun son bəyanatıda bunu təsdiqləyir:-"Yeni Azərbaycan Partiyasının Sədr müavini-icra katibi Əli Əhmədov qarşıdan gələn prezident seçkiləri ilə bağlı bəyanat verib: "YAP-ın namizədi Prezident İlham Əliyevin 10 il ölkəmizə rəhbərlik etdiyi zaman kəsiyində 1 milyon 200 min yeni iş yeri açılıb, yoxsulluq həddi 50 faizdən 6 faizə enib. Həyatımızın bütün sferalarında dinamik inkişaf həyata keçirilib. Azərbaycanın beynəlxalq aləmdə, dünya birliyində mövqeyi möhkəmlənib. Həyatımızda baş verən ciddi dəyişikliklər ulu öndər Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla icra olunmasının nəticəsidir. Azərbaycan hakimiyyətinin yürütdüyü siyasətin kökündə insanların rahat yaşaması, rifah halının yüksəlməsi dayanır. Əldə olunan uğurların əsas qayəsi ölkəmizdə yaşanan sabitlik, əmin-amanlıqdır. Bu gün sözün həqiqi mənasında Azərbaycanda yaşamaq mənalı və rahatdır. Bu şərait insanlarımızı sövq edir ki, növbəti 5 ildə də prezident kürsüsündə İlham Əliyevi görsünlər. Biz əminik ki, hər zaman olduğu kimi bu dəfəki seçkidə də Heydər Əliyev siyasi xəttini müdafiə edərək cənab İlham Əliyevə səs verəcəklər".Bunu da qeyd edək ki, hakimiyyət düşərgəsində seçkilərlə bağlı proseslər nə qədər aydınlaşırsa, müxalifət düşərgəsində bir o qədər mürəkkəblik yaranır. Artıq aydın olur ki, AXCP ilə Müsavat Milli Şurada hegomonluq uğrunda savaşa başlayıblar. Buda məlum olur ki, Müsavat AXCP-dən fərqli olaraq Rusiyaya meyilli qüvvələrdən kənarlaşır və artıq KAXCP kimi gücdə Müsavatın tutduğu xəttə uyğun siyasət həyata keçirtməyə başlayıb. Belə ki, İsa Qəmbər kimi, Mirmahmud Mirəlioğluda bəyan etdi ki, o namizədliyini hələ geri götürməyib və proses izlənilir. Bu isə o deməkdir ki, artıq Rüstəm İbrahimbəyovun vahid namizəd olması mənasını itirir. Beləliklə, qeyd etmək olar ki, YAP seçkilərə son günlər nə qədər ciddi yanaşırsa , müxalifətdə o qədər bütün dayaqlarını itirməyə başlayıb.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-25 14:22:23
2024-12-25 14:22:00
2024-12-25 14:20:39
2024-12-25 13:52:53
2024-12-25 13:47:48
2024-12-25 13:37:39
2024-12-25 13:18:58
2024-12-25 13:17:41
2024-12-25 13:04:06
2024-12-25 13:00:57
2024-12-25 12:57:55
2024-12-25 12:50:14
2024-12-25 12:45:56
2024-12-25 12:45:00
2024-12-25 12:44:00
2024-12-25 12:30:42
2024-12-25 12:30:00
2024-12-25 12:29:47