Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-nin prezident seçkilərinin qalibi Donald Tramp və Fransa prezidenti Emmanuel Makronla görüşündə müzakirə etdiyi məsələni açıqlayıb. 

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, o, həmkarları ilə Ukraynadakı münaqişənin dondurulmasını müzakirə etdiyini bildirib.

"Mən dedim ki, biz müharibənin bitməsini dünyada hamıdan çox istəyirik. Təbii ki, müharibənin diplomatik yolla sona çatmasını istəyirik. Diplomatik yol daha çox həyata qənaət etmiş olacaq və bunu istəyirik", - Zelenski deyib.

Xatırladaq ki, Şənbə günü Tramp, Zelenski və Makron Yelisey sarayında üçtərəfli görüş keçirib. Görüş 35 dəqiqə davam edib.