Suriyanın keçmiş lideri Bəşər Əsəd Rusiya Federasiyasının vətəndaşlığını almalıdır.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksey Juravlev bildirib.

Onun sözlərinə görə, hər il 700 minə yaxın insan Rusiya pasportu alır və onların böyük əksəriyyəti məşhur insanlar deyil. 

Deputatın fikrincə, Rusiya üçün kifayət qədər böyük işlər görmüş Əsədə vətəndaşlıq verilməlidir.

Qeyd edək ki, hökumət devrildikdən sonra Əsəd ailəsi ilə birlikdə Moskvaya gedib və ölkə prezidenti Vladimir Putinin birbaşa qərarı ilə sığınacaq alıb.

Ağarza Elçinoğlu