Braziliyada 66 qəpiyə aldığı lotereya biletindən 33 milyon dollar qazanan 73 yaşlı Antonio Lopes Siqueira qazandığı pulu xərcləmədən dünyasını dəyişib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, yüksək qan təzyiqi və şəkər xəstəliyindən əziyyət çəkən Siqueira sözügedən pulla diş implantasiyası etmək qərarına gəlib. 

Belə ki, kişi prosedur zamanı şoka düşüb.  Siqueiraya tibbi qruplar müdaxilə edib, lakin yarım saatdan çox davam edən ürək dayanmasından sonra onu xilas etmək mümkün olmayıb. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb, diş həkimi isə saxlanılıb. Polis rəisi Edison Pik, "Əgər bu təbii bir ölümdürsə, klinika məsuliyyət daşıya bilməz. Yarılmanın nəticələrini gözləmək lazımdır", - deyə açıqlama verib. 

Dörd uşaq atası olan Siqueira Braziliyanın Mato Qrosso bölgəsində heyvandarlıqla məşğul olurdu.

Seymur Əli