İran kəşfiyyatı üç ay ərzində Suriyanın keçmiş prezidenti Bəşər Əsəd hökumətinə təhdidlər barədə xəbərdarlıq etsə də, buna məhəl qoyulmayıb.
"Unikal" xəbər verir ki, bu barədə İranın ali dini lideri Ayətullah Əli Xamenei xalq qarşısında çıxışı zamanı bildirib.
"Kəşfiyyatımız bir neçə ay əvvəl Suriya hakimiyyətinə xəbərdarlıq mesajları göndərmişdi. Bilmirəm ki, onlar yüksək rütbəli məmurlara çatıb, ya yox", - deyə o qeyd edib.
Ağarza Elçinoğlu