"Ukraynalılar seçilmiş Amerika prezidenti Donald Tramp və onun komandasına güvənir". 

"Unikal" xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski CBN telekanalına müsahibəsində bildirib. 

“Bu gün insanlar ABŞ-nin yeni administrasiyasına, yeni prezidentə belə ümid bəsləyirlər və insanlar onun dediklərinə inanırlar”, - deyə Ukrayna lideri bildirib.

O, həmçinin Trampın Ukrayna münaqişəsinə 24 saat ərzində son qoymaq istəyi ilə bağlı sözlərinə münasibət bildirib. Zelenskinin sözlərinə görə, bu o deməkdir ki, ABŞ-nin yeni prezidenti mövcud vəziyyəti tez bir zamanda həll etmək istəyir.

Gülayə  Mecid