"Azərbaycan Xalq Cəbhəsini KQB yaradıb"
17:53 16-07-2013
CƏMİYYƏT
"Azərbaycan Xalq Cəbhəsini KQB yaradıb"
Ayaz Mütəllibov: "AXC liderlərinin çoxu KQB ilə birbaşa əməkdaşlıq edirdi"
Azərbaycan SSR KQB-sinin keçmiş şefi Vaqif Hüseynovun milli-azadlıq hərəkatının başlaması və tarixi ilə bağlı xatirələrində işlətdiyi fikirlər müxalifət düşərgəsində əsl çaxnaşma və qarmaqarışıq fikirlər yaradıb. O dövrün hadisələrinin canlı şahidi, daha doğrusu, iştirakçısı olmuş sabiq prezident Ayaz Mütəllibov virtualaz.org saytına açıqlamasında keçmiş KQB sədrinin yeni siyasi qalmaqal yaradan fikirlərini şərh edib.
A.Mütəllibov əməkdaşımızla söhbətində V.Hüseynovun öz memuarlarında səsləndirdiyi fikirləri və onun Azərbaycan Xalq Cəbhəsinin yaradılması ilə bağlı sadaladığı faktları çox inandırıcı hesab etdiyini söylədi.
Sabiq prezidentin sözlərinə görə, Qorbaçov yenidənqurması dövründə qeyri-formal siyasi təşkilatlar, bu dalğa üzərində isə keçmiş SSRİ-nin bir çox yerlərində, o cümlədən də Azərbaycanda Xalq Cəbhəsi yaradılmağa başlanmışdı: "Bütün SSRİ-də olduğu kimi, Azərbaycanda da Xalq Cəbhəsi o zamankı sovet DTK-sı tərəfindən ciddi nəzarətdə saxlanılırdı. Bundan başqa, Azərbaycan Xalq Cəbhəsinin liderlərinin çoxu KQB ilə birbaşa əməkdaşlıq edirdilər. İndi Xalq Cəbhəsinin bəzi liderlərinin bu təşkilatın Azərbaycandakı milli-azadlıq hərəkatı nəticəsində yarandığını deməsi məndə sadəcə olaraq gülüş doğurur. Çünki Sovet İttifaqında heç bir təşkilat, illah da qeyri-formal, yarımgizli təşkilat SSRİ KQB-sinin bilavasitə iştirakı və icazəsi olmadan yaradıla bilməzdi və bu adamlar yuxarıdan razılıq olmadan heç bir müstəqil addım ata bilməzdilər. Mən bunu Xalq Cəbhəsi lıiderlərinə də dəfələrlə demişdim ki, əgər ermənilər bizə qarşı artıq bir cəbhə açıblarsa, onda ikinci cəbhəni yaratmaq nəyə və kimə lazımdır, biz bu cəbhəni kimə qarşı yaradırıq. Mən Xalq Cəbhəsi liderlərinə təklif etdim ki, gəlin, ermənilərə qarşı vahid bir cəbhədə birləşək. Lakin Qarabağ məsələsi onları qətiyyən maraqlandırmırdı, onlar yalnız hakimiyyətə gəlmək ehtirası ilə alışıb yanırdılar. Onlar Azərbaycanda vəziyyəti gərginləşdirmək üçün əllərindən gələni edirdilər".
SSRİ KQB-sinin keçmiş sədri Vladimir Kryuçkovun Azərbaycan-İran və Azərbaycan-Türkiyə sərhədlərini dağıdan AXC liderlərinin həbs edilməsinə qadağa qoyduğunu xatırladan A.Mütəllibov bunun səbəbini belə izah etdi: "AXC-nin həmin liderləri elə KQB-nin özünün yaratdığı əlaltıları idi. Çox təcrübəli kəşfiyyatçı olan Kryuçkov tanımadığı adamları heç vaxt müdafiə etməzdi. Azərbaycan Xalq Cəbhəsi rəhbərliyindəki şəxslərin kim olması da Kryuçkova çox yaxşı məlum idi. Mümkündür ki, bütün bu hadisələr razılaşdırılmış şəkildə həyata keçirilirdi. Və Azərbaycanın qonşu ölkələrlə sərhədlərini dağıdanlar da bununla özlərinin birbaşa şeflərinin ölkədə siyasi vəziyyətin gərginləşdirilməsinə və nəzarətdən çıxarılmasına dair tapşırıqlarını yerinə yetirirdilər. Bizim bütün problemlərimiz, o cümlədən torpaqlarımızın işğalı həmin illərdəki hadisələrin nəticəsidir".
Mehdi
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33