Qudauri kurort zonasında hind restoranında 12 nəfərin meyiti tapılıb.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölən 12 nəfərdən 11-i xarici ölkə, biri isə Gürcüstan vətəndaşıdır.

Qeyd olunub ki, meyitlərdə heç bir zorakılıq əlamətləri aşkarlanmayıb.

Ölümün dəqiq səbəbini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.