“The Wall Street Journal” Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin mümkün mal varlığını açıqlayıb.

"Unikal" xəbər verir ki, nəşrin məlumatına görə, Bəşar Əsədin atası Hafiz Əsəd 1970-ci ildə hakimiyyətə gəlişindən bəri geniş biznes maraqları və investisiyalar şəbəkəsi qurub. Əsədin yaxın qohumlarının beynəlxalq alışlarına Rusiyada lüks daşınmaz əmlak, Vyanada butik hotellər və şəxsi təyyarə daxildir. Əsəd ailəsinin var-dövlətinin dəqiq dəyəri və onların bölgüsü hələ də məlum deyil. Ancaq ABŞ Dövlət Departamentinin 2022-ci il hesabatına görə, Əsəd ailəsinin sərvətinin dəyərinin 12 milyard dollara çata biləcəyi təxmin edilir.

Qeyd olunur ki, bu vəsaitlərin çoxu hökumət inhisarları və narkotik ticarəti vasitəsilə əldə edilib.

Bildirilib ki, var-dövlətin idarə edilməsində əsas fiqurlardan biri prezidentin həyat yoldaşı Əsma Əsəddir.