Gəncədə söküntü işləri aparılan evdə baş verən uçqun zamanı xəsarət alanların adları məlum olub.

"Unikal"ın məlumatına görə, 2002-ci il təvəllüdlü S.Məmmədov, 2003-cü il təvəllüdlü T.Məmmədov və 2004-cü il təvəllüdlü T.Kərimov xəsarət alıblar.

Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

XXX

16:10

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Mirzə Yusif Axundzadə küçəsində dağıntılar altında 1 nəfərin qalması barədə məlumat daxil olub.

FHN Mətbuat xidmətindən "Unikal"a  verilən məlumata görə, bununla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, söküntü işləri aparılarkən tikilinin bir hissəsinin uçması nəticəsində orada çalışan vətəndaş dağıntı altında qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində dağıntı altında qalmış 1985-ci il təvəllüdlü Kərimov Taleh İdris oğlunun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

XXX

14:46

Gəncədə ev uçub, usta dağıntılar altında qalaraq ölüb.

"Unikal"ın məlumatına görə,  hadisə şəhərin Avtozavod qəsəbəsində baş verib. Sözügedən ərazidə ev tikintisi zamanı uçqun olub. Nəticədə usta 1985-ci il təvəllüdlü T.Kərimov dağıntılar altında qalaraq ölüb. Məlumata görə, 3 nəfər xilas olub. 

Dərhal əraziyə FHN-nin Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin xilasediciləri cəlb edilib. Əraziyə xilasetmə işləri gedir. Hazırda əraziyə adiyyatı qurumların əməkdaşları da cəlb edilib.

Tural Əhmədov