İsrailin Xarici İşlər Nazirliyi ölkənin İrlandiyadakı səfirliyinin bağlanması barədə göstəriş verib.

"Unikal" xəbər verir ki, bununla bağlı yayılan bəyanatda deyilir:

“İsrailin Dublindəki səfirliyinin bağlanması qərarı İrlandiya hökumətinin radikal anti-İsrail siyasəti fonunda qəbul edilib”.

İsrail diplomatik xidməti xatırladıb ki, İsrailin Dublindəki səfiri Dana Erlix İrlandiyanın Fələstin dövlətini birtərəfli qaydada tanımasından sonra geri çağırılıb. Keçən həftə İrlandiya İsraili "soyqırım"da ittiham edərək, Cənubi Afrikanın Beynəlxalq Ədalət Məhkəməsində (ICJ) İsrailə qarşı iddiayaa qoşulacağını açıqlayıb.