Quba rayonu Üçkün kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə çağırış daxil olub. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Xəsarət alan ə 3 nəfər (kişi cinsli) Quba Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə "Unikal"ın sorğusuna cavab olaraq Quba Rayon Mərkəzi Xəstəxanasının ictimayyətlə əlaqələr üzrə məsul şəxsi Aynur Seidova bildirilib.
1985-ci il təvəllüdlü şəxsə bədənin bir neçə nahiyələrinin yumşaq toxumalarının küt travması, 1978-ci il təvəllüdlü şəxsə boyunun və döş qəfəsinin yumşaq toxumalarının küt travması, 1977-ci il təvəllüdlü şəxsə isə göz qapağının və qaşın kəsilmiş açıq yarası diaqnozu təyin olunub.
Hazırda Təcili Tibbi Yardım bölməsində müalicələri davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.
Qeyd edək ki, 1 nəfərin isə hadisə yerində ölüm faktı qeydə alınıb.
*** 21:51
Quba rayonunun Üçgün kəndi ərazisində "Lexus" markalı avtomobilin dərəyə aşması nəticəsində ölən və yaralananların adları məlum olub.
"Unikal" xəbər verir ki, qəza nəticəsində 1979-cu il təvəllüdlü, Xaçmaz rayon sakini Orucov Şamil Zehyəddin oğlu ölüb.
Avtomobildə olan sərnişinlər - 1985-ci il təvəllüdlü Faiq Orucov, 1978-ci il təvəllüdlü Ratiq Dəmirov və 1977-ci il təvəllüdlü Ceyhun Abdullayev müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Quba Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər, hazırda onlara tibbi yardım göstərilir.
Qəza nəticəsində dünyasını dəyişən şəxs, Şamil Orucov Xaçmazda tanınan iş adamıdır,
Xaçmazda yerləşən "Daş bazarı və "Mal bazarı" kimi tanınan bazarın sahibidir.
Faktla bağlı araşdırma aparılır.
*** 20:37
Quba rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.
"Unikal"ın məlumatına görə, "Lexus" markalı minik avtomobili rayonun Üçgün kəndi ərazisində idarəetməni itirərək dərəyə aşıb.
Hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Ölən və yaralanan şəxslərin kimliyi dəqiqləşdirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.
Xanlar Qaraca