Belarus bütün diplomatlarını Suriyadan təxliyə edib. 

"Unikal" xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, bütün Belarus diplomatları Suriyanı tərk edib.

“Mövcud vəziyyəti nəzərə alaraq Belarusun Suriyadakı səfirliyinin diplomatları Minskə aparılıb. Belarusun Suriyadakı səfiri Yuri Sluka məsləhətləşmələr üçün bir müddət paytaxtda olacaq, ondan sonra vəziyyətin dərindən qiymətləndirilməsi planlaşdırılır”, - XİN-dən bildiriblər.

Belarus Xarici İşlər Nazirliyi Belarus diplomatlarının “vətənlərinə təhlükəsiz gəlişini təmin edən bütün rusiyalı həmkarlarına” minnətdarlığını bildirib.