"Rusiyalı politoloq Andranik Mihranyanın Ermənistana girişinə qadağa qoyulmasını rəsmi İrəvanın tamamilə qeyri-dost hərəkəti hesab edirik". 

"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

"Bu, ikitərəfli münasibətlərimizin müttəfiqlik statusu ilə ziddiyyət təşkil edir. Biz dərhal İrəvanla dəqiqləşdirmələr üçün əlaqə saxladıq", - diplomat deyib. 

Bir neçə gün əvvəl politoloq Andranik Mihranyan “Zvartnots” hava limanından Ermənistana buraxılmayıb, bundan sonra o, Moskvaya qayıtmalı olub. 

Ağarza Elçinoğlu