Rusiyanın Baykal dəmir yolunda daş kömürü dolu iki yük qatarı toqquşub.

"Unikal" xəbər verir ki, bu barədə Şərqi Sibir Nəqliyyat Prokurorluğundan məlumat verilib.

Məlumata görə, toqquşma nəticəsində qatarların birinin 35, digərinin isə 7 vaqonu relsdən çıxaraq aşıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.