İlğm ümidlərin buxarlandığı liman
19:32 18-07-2013
CƏMİYYƏT
İlğm ümidlərin buxarlandığı liman
Və yaxud Rüstəm İbrahimbəyov müxalifətin ümidlərini doğruldacaqmı?
Milli Şurada təmsil olunan ənənəvi müxalifətin fəaliyyət prinsipləri, daha doğrusu, prinsipsizlikləri də yetərincə diqqət çəkməkdədir.
Belə ki, ənənəvi müxalifət başçıları olan Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, ALP lideri Lalə Şövkət, ACP lideri Rəsul Quliyev (Müxalifət başçıları adlarını “lider” kimi partiyalarının əvvəlinə calaq etməkdə də “liderdirlər”), lap elə El hərəkatının sədri Eldar Namazov 20 illik hakimiyyət iddialarını hazırda birdən-birə Milli Şuranın “halalca” sədri, Rusiyada yaşayan Rüstəm İbrahimbəyova qurban verməyə vadar olublar. Bu özü də bir göstəricidir. Bunlar nə yolla olursa-olsun, kimin yedəyində olurlarsa-olsunlar, bir yolla hakimiyyətdə təmsil olunmağa can atırlar. Amma onların Rüstəm İbrahimbəyovun namizədliyi altında seçkilərə getməsi və hakimiyyət, vəzifə ehtiraslarını İbrahimbəyovla təmin edəcəkləri barədə gümanları da əslində illüziyadan başqa bir şey deyil.
Birincisi, R.İbrahimbəyovun antimilli siması və fəaliyyəti son zamanlarda Azərbaycan cəmiyyətinə yaxşı əyan olub. Bu baxımdan onun reputasiyası ölkə ictimaiyyətinə yaxşı bəllidir, ona qarşı cəmiyyətdə güclü antipatiya var.
Bundan əlavə, bu adamın bir siyasətçi imici və nüfuzu da yoxdur ki, onun seçkidə hər hansı şansı olsun. Həmçinin onun verdiyi hər müsahibədə böyük “quş”lar buraxması, özü-özünü və müxalifəti təkzib etməsi o qədər lətifələrə səbəb olub ki, bu da onun qeyri-ciddi “siyasətçi” obrazını bir az da möhkəmlədib.
Üstəgəl, bu adam Azərbaycana gəlmək, namizəd cəsarəti göstərmək istəmir və yəqin ki, seçkilərə qədər heç gəlməyəcək də...
Bu qeyd edilənlər kinodramaturqun prezident seçkilərində hər hansı uğur qazanacağının üstündən indidən xətt çəkir.
Amma belə bir vəziyyət təsəvvür edək. Fərz edək ki, R.İbrahimbəyov hakimiyyətə gəlib. Belə olduğu halda, ənənəvi müxalifət başçılarının ondan umduqları vəzifələri və imtiyazları təmin ediləcəkmi?
İbrahimbəyovun necə antidemokratik və dözümsüz bir adam olduğunu artıq isbatlamış olduğunu nəzərə alsaq, əminliklə bu qənaətə gəlmək mümkündür ki, yox. Məsələn, kinodramaturq kəskin olaraq mətbuat işçiləri və onun haqqında tənqidi danışanları aradan götürməyə hazır olduğunu ortaya qoyub.
O bildirmişdi ki, xoşuna gəlməyən jurnalistləri “şəxsən ağzından vuracaq”. Bundan başqa, İbrahimbəyov dəfələrlə sədri olduğu müxalifət başçılarını saya almadığını, hər an onların da “ağzından vurmağa” hazır olduğunu da bəlirlədib.
İbrahimbəyov dəfələrlə həmin başçıları aşağılayıb, onların səhv danışdığını, “siyasətdən başları çıxmadığını”, “provakasiyaya əl atdıqlarını” mediaya açıqlayıb.
Onun bu cür ittihamları isə İsa Qəmbərə və digərlərinə ünvanlanıb. İndi İbrahimbəyovun əlində hakimiyyət yoxdur, o, müxalif başçılardan yararlanaraq hakimiyyətə gəlmək istəyir.
Təsəvvür edin, hakimiyyətə gələndən sonra bu adam həmin partiya sədrlərinə necə yuxarıdan aşağı baxar, necə onlara “toy” tutdurardı...
Onun bu xarakterini isə həmin partiya sədrləri hələ də “görmək istəmirlər”...
Yəqin elə buna görədir ki, Milli Şurada təmsil olunan bir neçə partiya kənarda əlavə üç təşkilatın iştirakı ilə Demokratik Qüvvələrin Birliyi adlı yeni ittifaq yaradıb. Bunu isə sadəcə, Milli Şuranın perspektivinə inamsızlığın təsdiqi kimi qiymətləndirmək mümkündür. Əslində, bir ittifaqda təmsil olunan partiyaların əlavə formatda bir araya gəlmələri ehtiyat yollar axtarmaqdan başqa bir şey deyil. Yəni Milli Şurada təmsil
olunan partiyalar yeni ittifaq formalaşdırmaqla, həmin qurumun hər hansı real nəticə əldə edəcəyinə inanmadıqlarını nümayiş etdiriblər.Onlar da başa düşüblər ki, bu dönəm üçün siyasi perspektivlərini Rüstəm İbrahimbəyova bağlamaqla ciddi səhvə yol veriblər. Ona görə də, kənarda yenidən təşkilatlanmaya cəhd göstərməklə səhvlərini sığortalamağı düşünüblər.
Digər tərəfdən, onların belə bir təşəbbüsə qol qoymalarının arxasında yuxarıda qeyd etdiyim səhv qərarlarına qarşı azsaylı üzvlərinin təpkisini neytrallaşdırmaq düşüncəsi dayanır.
Aqşin Kərim
Digər Xəbərlər
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22