Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi erası başa çatdı
19:33 18-07-2013
CƏMİYYƏT
Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi erası başa çatdı
“Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi erası başa çatdı. Ermənistan hökumətinin siyasəti bu eranı nəticəsiz etdi”.Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.
Proseslərin belə inkişafında Ermənistanın tək olmadığını deyən politoloq bu məsələdə Ukraynanı xüsusən tənqid edib.
Əhmədoğlunun fikrincə, dinc danışıqların iflasının Ukraynanın ATƏT-ə sədrliyi dövrünə düşməsi təsadüfi deyil. Onun sözlərinə görə, ATƏT-in əvvəlki sədrlərinin fəaliyyəti dövründə Ermənistan özünü daha məsuliyyətli aparırdı. ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojaranın bu ölkədəki erməni diasporunun başçısı Vilen Şatvoryandan asılılığı rəsmi Yerevanın ATƏT sədri qarşısındakı məsuliyyətini heçə endirib. Ermənistan hökumətinin Kojaraya qarşı bir neçə aşkar sayğısızlığı Ukrayna Xarici İşlər Nazirliyində heç bir reaksiya yaratmayıb:
"Ukraynadakı erməni diasporu Kojara ilə razılıq əldə etdilər. Ukraynadakı erməni diasporu Dağlıq Qarabağın müstəqilliyinin tanınması məsələsini Ukraynanın ATƏT-ə sədrliyi dövründə qaldırmır, bunun əvəzində Leonid Kojara "erməni soyqırımı"nın tanınmasında aktivliyini artırır. Hər halda dinc danışıqlar prosesinin iflasa uğraması təkcə ATƏT MQ həmsədrləri üçün deyil, Ukrayna üçün də utancverici faktdır".
Mərkəzin direktoru hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi erasının başa çatması və aradan qaldırılması prosesi dinc yolla təkamül vasitəsilə baş verir:
"Prezidentlərin və nazirlərin çoxsaylı görüşləri nəticə vermədiyi halda Azərbaycan və Ermənistan ictimai təşkilatlarının görüşünün məqsədi Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi erasının başa çatması prosesini ermənilər üçün ağrısız etməkdir."
Onun sözlərinə görə, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın yalançılığının güclənməsi və buna sevinməsi rəsmi Yerevanın Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi erasının başa çatması prosesinə münasibəti kimi başa düşülə bilər.
Əhmədoğlunun fikrincə, dinc danışıqlar erasının başa çatması Ermənistanı seçim qarşısında qoyub. Danışıqları yenidən davam etdirmək üçün Ermənistan vasitəçilərə və digər beynəlxalq strukturlara müraciət etsə, bu halda özü üçün daha ağır güzəştə getməli olacaq. İkincisi, Ermənistan rəhbərliyi birbaşa Azərbaycana müraciət edə bilər ki, guya regional və geosiyasi proseslər Ermənistan dövlətçiliyi üçün təhlükə yaradıb, Ermənistanın müstəqil dövlətçiliyi yalnız qeyri-standart addımlarla xilas oluna bilər. Qeyri-ordinar addım kimi Azərbaycanla əlaqələrin zəruriliyi əsaslandırıla bilər. Erməni xalqına xalis ermənilər rəhbərlik etdiyi dövrdə onun vəziyyətdən belə çıxması normal tarixi vərdişdir, amma bu gün Ermənistana rəhbərlik edən Qarabağ klanının xalis erməni olması şübhəlidir:
"Dinc danışıqlar mərhələsinin uğursuzluğu hərbi mərhələnin başlanması deməkdir. Azərbaycan, ən azı, simasını qorumaq üçün müharibəyə getməlidir. Ermənistanın ucuz qazdan imtinasından sonra Dağlıq Qarabağ məsələsində rəsmi Bakının addımları bütün dünyanın diqqət mərkəzindədir".
Fuad
Digər Xəbərlər
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22