“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
AZAL-dan "Unikal"a bildirilib ki, ilkin məlumata görə hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.
Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
***
11:05
Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi Aktauda qəza enişi edərək yerə çırpılıb.
"Unikal" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Bildirilib ki, təyyarədə 67 nəfər olub.