Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarədə olan 32 nəfər sağ qalıb.
"Unikal" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov məlumat verib.
O qeyd edib ki, həmin şəxslərin müalicəsi davam etdirilir.
***
12:25
Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alan 27 nəfər xəstəxanaya yerləşdirilib.
"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Halllar Nazirliyindən bildirilib.
Xəsarət alanlardan 3-ü uşaqdır.
***12:05
Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alan 25 nəfər xəstəxanaya yerləşdirilib.
"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Halllar Nazirliyindən məlumat verilib.