İran Prezidenti Məsud Pezeşkian Rusiyaya səfər edəcək.

"Unikal" xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali bildirib.

Səfir bildirib ki, səfər yanvarın 17-də baş tutacaq.

Onun sözlərinə görə, səfər zamanı iki ölkə arasında hərtərəfli əməkdaşlıq sənədinin imzalanması gözlənilir.