AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinə Xəzər dənizinə əklillər buraxılıb. 

"Unikal" Qazaxıstan mediasına istinadən xəbər verir ki, Aktau, Kurık və Bautino limanlarında təyyarə qəzasında həlak olanların xatirəsinə ehtiram mərasimləri keçirilib. Xəzər dənizinin sularına kədər və həlak olanların ailələri ilə həmrəylik rəmzi olan matəm çələngləri endirilib.

Dənizçilər və mərasim iştirakçıları bu faciənin hamı üçün ortaq ağrı olduğunu vurğulayıblar.

“Bu jest bu dəhşətli təyyarə qəzasında həlak olanların hamısına hörmət və kədər əlamətidir. Bu, son illərin ən faciəli hadisələrindən biridir, onlarla insan, o cümlədən uşaqlar həlak olub. Qurbanların yaxınlarının hissləri başa düşüləndir, biz sizinləyik. Kədərinizə şərikik və matəminizi sizinlə bölüşürük”, - deyə aksiya iştirakçıları qeyd ediblər.