Azərbaycan təyyarəsinin vurulması ilə əlaqədar İsrail aviaşirkəti Moskvaya uçmaqdan imtina edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin “El Al” aviaşirkəti Qroznıya uçan “Embraer” təyyarəsinin qəzaya uğraması ilə bağlı yaranmış vəziyyətə görə Moskvaya uçuşları ləğv edib.

Aviaşirkət növbəti həftə vəziyyəti qiymətləndirəcək və onun nəticələrindən asılı olaraq uçuşların bərpası barədə qərar qəbul edəcək.

"Bu addım ötən gün Qazaxıstanda qəzaya uğrayan Azərbaycan Hava Yollarına məxsus təyyarənin bəzi rəsmilər tərəfindən Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu söyləməsindən sonra atılıb", - deyə məlumatda bildirilir.