Çeçenistan hökumətinin 2024-cü ilin yekunlarına həsr olunmuş iclasında respublika rəhbəri Ramzan Kadırov hökumətin fərqlənən üzvlərini mükafatlandırıb.

"Unikal" xəbər verir ki, bu barədə “Chechnya Today” nəşri məlumat yayıb.

Təltif olunanlar arasında “Əməkdar sosial işçi” fəxri adı Çeçenistan hökumətinin sədr müavini Ayşat Kadırovaya verilib. “Gənclər siyasəti sahəsində əməkdar işçi” adını respublika başçısı və hökumət aparatı rəhbərinin birinci müavini Xədicə Kadırova alıb. Rayonun bədən tərbiyəsi və idman naziri Axmat Kadırov “Əməkdar bədən tərbiyəsi işçisi” adına layiq görülüb.

Bundan əlavə, Çeçenistan Təhlükəsizlik Şurasının katibi Həmzət Kadırov “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalı ilə təltif edilib. “Əməkdə fərqlənməyə görə” fəxri döş nişanını IRS GROUP şirkətlər qrupunun təsisçisi Təbarik Kadırova alıb.