Lənkəranın Səpnəkəran kəndində bədbəxt hadisə baş verib. 

"Unikal" məlumatına görə, 1983-cü il təvəllüdlü Xanım Səfər qızı Səfərova hamam otağında huşsuz halda tapılıb.

Hadisə zamanı məlum olub ki, mərhum hamamı isidmək üçün kömürdən istifadə edib. Kömürdən ayrılan zəhərli dəm qazı (karbon monoksid) qapalı məkanda yığılaraq onun boğulmasına səbəb olub. 

Təcili tibbi yardım çağırılsa da  qadını xilas etmək mümkün olmayıb.

Hadisə yerindən götürülən meyit müvafiq qurumlara təhvil verilib. Lənkəran prokurorluğu faktla bağlı araşdırmalara başlayıb. 

İlkin ehtimallara əsasən, qadının ölümü məhz dəm qazından zəhərlənmə nəticəsində baş verib.

Xəlil Əliyev