Cənubi Koreyanın Muan hava limanında qəzaya uğrayan təyyarəndə ölənlərin sayı 174 nəfərə çatıb.
"Unikal" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Bundan əvvəl 167 nəfərin öldüyü bildirilirdi. Cənubi Koreyanın Banqkokdan uçan "Jeju Air" aviaşirkətinə məxsus qəzaya uğrayan Boeing 737-800 təyyarəsinin göyərtəsində 175 sərnişin (173 Koreya Respublikası və 2 Tailand vətəndaşı) və 6 ekipaj üzvü olub. Koreya Respublikasının səlahiyyətliləri sağ qalan iki nəfər istisna olmaqla, təyyarədə olan hər kəsin öldüyünü deyirlər.
İndiyədək ölənlərdən 22-nin şəxsiyyəti müəyyən edilib.
Ağarza Elçinoğlu
***12:55
Cənubi Koreyanın Muan Beynəlxalq Hava Limanında baş verən təyyarə qəzasında 151 nəfərin öldüyü təsdiqlənib.
"Unikal" xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
***10:56
Cənubi Koreyada təyyarənin qəzaya uğraması nəticəsində 124 nəfər həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi məlumat yayıb.
***09:23
Cənubi Koreyada 175 sərnişin və 6 ekipaj üzvü olan təyyarə uçuş-enmə zolağından çıxaraq hasara çırpılıb.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, 85 nəfərin cəsədi aşkarlanıb.
Hazırda cəsədlərin müəyyən edilməsi işləri aparılır.
İlkin məlumatlara görə, qəza quşlarla toqquşma nəticəsində yaranan eniş qurğusunun nasazlığı səbəbindən baş verib. Ekipaj təyyarəni təhlükəsiz şəkildə yerə endirməyə çalışsa da, təyyarə sürətini azalda bilməyib və uçuş-enmə zolağının sonundakı konstruksiyaya çırpılıb. Nəticədə yanğın baş verib. Qəza yerində xilasetmə işləri davam etdirilir.