Türkiyənin Qars şəhərində iki mikroavtobusun yol ayrıcında toqquşması nəticəsində 27 nəfər xəsarət alıb.
"Unikal" xəbər verir ki, bu barədə DHA agentliyi məlumat yayıb.
Xəsarət alanların xəstəxanalara yerləşdirildiyi bildirilir.
Zərərçəkənlərdən birinin vəziyyətinin ağır olduğu qeyd edilir.
Hadisə ilə bağlı araşdırmalar aparılır.