Yeni Orleanda ölümcül Yeni il hücumunun arxasında duran terrorçu yük maşını ilə izdihamın üzərinə sürmədən və ən azı 14 nəfəri öldürməzdən əvvəl internetdə "İslam Dövləti" (İŞİD) qrupuna dəstək vəd edən videolar yayımlayıb.

"Unikal" xəbər verir ki, bu barədə FTB bəyanat yayıb. 

FTB direktorunun müavini Kristofer Rainin sözlərinə görə, Yeni il ərəfəsində Texasdakı evindən Luiziana ştatına gedən 42 yaşlı Şəmsuddin Cabbar sosial şəbəkələrdə izləyicilərinə zorakı planı və radikal düşüncəsi barədə danışıb.

Onun sözlərinə görə, hücumdan qısa müddət əvvəl "Facebook"da yayımlanan bir sıra videolarda Cabbar əvvəlcə ailəsinə və dostlarına zərər verməyi planlaşdırdığını, lakin sonra fikrini dəyişdiyini deyib: "Bu, terror idi. Bu, əvvəlcədən düşünülmüş bir hərəkət idi. O, 100 faiz İŞİD-dən ilhamlanıb". 

Ağarza Elçinoğlu