Bayram tətili günlərində (30 dekabr- 6 yanvar) Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 40 müraciət daxil olub.

Bu barədə "Unikal"a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Qeyd edilib ki, müraciət edənlərdən 14-ü alkoqol , 5-i dərman, 10-u dəm qazı, 5-i allergik reaksiya, 2-si botulizm, 4-ü isə sirkə turşusundan zəhərlənən şəxslərdir.

“Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar”, - məlumatda vurğulanıb.