Yanvarın 6-dan 7-nə keçən gecə pravoslav xristianlar Milad bayramını qeyd edirlər. Yeni dövrün başlanğıcını qoyan İsa peyğəmbərin mövludu gününü bütün dünyada olduğu kimi, Azərbaycanda da xristian icması tərəfindən hər il qeyd olunur.
"Unikal" xəbər verir ki, pravoslav xristianlar böyükdən-kiçiyə, dini bayramlarında kilsəyə gəlir, dua edir, şam yandırırlar. Onlar noyabrın 28-dən yanvarın 6-na kimi oruc tutaraq buna 40 gün hazırlaşırlar. Kilsələrdə zənglər çalınır, dualar oxunur, Vifleyemdən gətirilmiş odla şamlar yandırılır.
Milad möminlər üçün ən böyük bayramlardan biridir. Onlar Xilaskar İsanın mövludu gününü öz dinlərinin yarandığı gün hesab edirlər.