Zaqatalada körpə ölümünün ilkin səbəbləri açıqlanıb.
"Unikal" xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, Zaqatala rayonunun Gözbarax kənd sakini, 1992-ci il təvəllüdlü şəxs yanvarın 7-si saat 11:10-da 38 həftəlik hamiləlik diaqnozu ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına planlı qeysəriyyə əməliyyatı üçün müraciət edib:
"Saat 15:30-da əməliyyat icra edilib, yaşama qabiliyyətinə mane olan çoxsaylı qüsurlar və anomaliyalarla, çəkisi 2800 qram, cinsi qız olan diri körpə (ağır vəziyyətdə) dünyaya gəlib. İki saat sonra göstərilən bütün tibbi müdaxilələrə baxmayaraq, körpədə ölüm faktı qeydə alınıb".
Vurğulanıb ki, meyit Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.
*** 14:51
Zaqatalada yeni doğulan körpə xəstəxanada ölüb.
"Unikal" xəbər verir ki, ötən gün Zaqatala rayonu Gözbarax kənd sakini 1992-ci il təvəllüdlü Didiyeva Xanım Üzeyr qızı Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə müraciət edib və qeysəriyyə əməliyyatı ilə qız uşağı dünyaya gətirib.
Körpə doğuşdan bir qədər sonra ölüb.
Faktla bağlı araşdırma aparılır.
Seymur Əli