Tbilisi meri Kaxa Kaladze Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kulebanı ikiüzlülükdə ittiham edib.

"Unikal" xəbər verir ki, Kaladzenin sözlərini 1TV kanalı sitat gətirib. 

Onun sözlərinə görə, Kuleba kiçik oğlunu Ukrayna Silahlı Qüvvələrində xidmət etməkdən çəkindirib. 

"Keçmiş yüksək vəzifəli məmurun oğlunu müharibədə iştirakdan necə çəkindirdiyini dinləmək çox çətindir", - Kaladze qeyd edib.

Bundan əvvəl 18 yaşından başlayaraq vətəndaşları səfərbər etməyə çağıran Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba oğlunun cəbhəyə getməsinə icazə verməyib.

Gülayə Mecid