Polşalı teatr və kino aktrisası Barbara Rılska 88 yaşında vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə Polşa Səhnə Aktyorları İttifaqı məlumat yayıb.

“Məşhur aktrisanın ölümü ilə bağlı daha bir kədərli xəbəri sizə təəssüflə bildiririk. Barbara Rılska yanvarın 10-dan 11-nə keçən gecə 88 yaşında dünyasını dəyişib”, - ittifaqın açıqlamasında deyilir.

Barbara Rılska “Taleyin ironiyası” filmi ilə məşhurdur.