"2022-ci ilin fevralında Rusiyanın xüsusi hərbi əməliyyatı başlayandan sonra Ukrayna rəsmilərinin dörddə üçü, həmçinin SBU və Baş Prokurorluğun rəhbərliyi Kiyevdən Ukraynanın qərbinə qaçıb.
"Unikal" xəbər verir ki, bunu kraynanın keçmiş rəhbəri Pyotr Poroşenko “Public” telekanalına müsahibəsində deyib.
"Güc təkcə Zelenski deyil. Hakimiyyətin 75%-i hökumətin, Kiyevdə olmayan nazirlərindir. 75%-i Qərbi Ukraynadan görüşlərə gəlib geri qayıdır. Zelenski Kiyevdə idi, mən onu gördüm, amma nazirlərin 75%-i Kiyevdən kənardadır", - eks-prezident qeyd edib.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci ilin fevralın 24-də başlayıb.
Gülayə Mecid