İstanbulun Tuzla səmtində xidməti mikroavtobus idarəetmədən çıxaraq 20 metr hündürlükdən dərə yatağına düşüb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat dərc edib. 

Bildirilir ki, qəza nəticəsində 3 nəfərin ölüb, 15 nəfər yaralanıb. Yaralananlar xəstəxanaya yerləşdirilib.