Gürcüstanın paytaxtında ictimai nəqliyyatda fasilə yaranıb, buna görə gediş-gəliş müvəqqəti olaraq pulsuz olub.

"Unikal" gürcü  mətbuatına istinadən xəbər verir ki , şəhər hakimiyyəti kiberhücumun törədildiyini güman edir. 

Tbilisi meri Kaxa Kaladze də kiberhücumun baş verdiyini ehtimal edir.

"Araşdırma başlayıb. Çox güman ki, ödəniş sisteminə kiberhücum edilib. Necə və kim tərəfindən - bunu mütləq istintaq müəyyən edəcək", - o, qeyd edib. 

Bir müddət sonra şəhər xidmətləri problemlərin öhdəsindən gələ bilib və nəqliyyat fəaliyyəti adi qaydada bərpa edilib.