"Rusiya tərəfi Vaşinqtonla təmaslara açıqdır".

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Sergey Ryabkov bildirib.

“Hər şey mümkündür və Rusiya prezidentinin dəfələrlə dediyi kimi, biz dialoqa və təmaslara, söhbətlərə və görüşlərə açığıq. Lakin telefon danışığı panlaşdırılmır. Bu məsələ ilə bağlı heç bir razılıq, anlaşma yoxdur", - deyən nazir müavini Amerikanın yeni administrasiyası ilə təmasların hələ başlamadığını qeyd edib.

"Yeni administrasiya ilə təmaslar başlamayıb. Vaşinqtonla dialoq baxımından baş verən hər şey səfirliklər vasitəsilə həyata keçirilir. Yeni administrasiya ilə əlaqə yaratmaq üçün bizim tərəfimizdən heç bir təşəbbüskar addım atılmayıb. ", - diplomat bildirib.